Yeniyetmə gimnastlarımız Türkiyədə 12 medal qazandı
29.05.2024 - 22:46
Yeniyetmə gimnastlarımız Türkiyədə 12 medal qazandı

Azərbaycanın yeniyetmə gimnastları Türkiyənin İstanbul şəhərində keçirilən beynəlxalq “Performance Cup” turnirində uğurla çıxış ediblər.

Apasport.az xəbər verir ki, Olimpiya Ehtiyatları Məktəbinin idmançıları 9 qızıl, 1 gümüş və 2 bürünc mükafat qazanıblar.

Ümumilikdə təmsilçilərimiz 12 dəfə fəxri kürsüyə qalxıblar. İdmançılarımız medal, diplom və hədiyyələrlə təltif olunublar.

0