5 cüdoçumuz Böyük Dəbilqədə iştirak edəcək
01.05.2024 - 20:44
5 cüdoçumuz Böyük Dəbilqədə iştirak edəcək

Qadın cüdoçulardan ibarət Azərbaycan yığması Düşənbə Böyük Dəbilqəsində iştirak edəcək.

Apasport.az xəbər verir ki, millimiz mayın 3-5-də Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək turnirdə 5 idmançı ilə təmsil olunacaq.

Yığmanın baş məşqçisi Rəşad Məmmədovun rəhbərliyi altında cüdoçularımız 3 çəki dərəsində yarışacaqlar.

Qeyd edək ki, 3 gün davam edəcək turnirdə 71 ölkədən 421 idmançı medallar uğrunda mübarizə aparacaq.

48 kq
Leyla Əliyeva

52 kq
Gültac Məmmədəliyeva
Aydan Vəliyeva

57 kq
Acelya Toprak
Fidan Əlizadə

0