DÇ: Nadir Həsənov ilk döyüşündə qələbə qazandı
28.07.2026 - 12:47
Azərbaycanın yunan-Roma güləşçisi Nadir Həsənov Bakıda keçirilən U-17 dünya çempionatına qələbə ilə start verib.
Apasport.az xəbər verir ki, 71 kq çəki dərəcəsində çıxış edən idmançımız təsnifat mərhələsində Tacikistan təmsilçisi Mahdi Azizboyevi 10:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, U-17 dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir.
Yarışda 60-dan çox ölkədən 700-ə yaxın güləşçi mübarizə aparır. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.
0
0