Sadiq Mustafazadə üç il müddətinə cəzalandırılıb
24.11.2026 - 16:25
Azərbaycan sərbəst güləşçisi Sadiq Mustafazadə üç il müddətinə cəzalandırılıb.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) məlumat yayıb.
O, antidopinq qaydasını pozduğu üçün diskvalifikasiya olunub.
İdmançıdan götürülmüş nümunədə "19 norandrosterone" preparatı aşkarlanıb.
0
0