Bu gün Bakıda keçirilən U-17 dünya çempionatında yunan-Roma güləşi üzrə yarışların ikinci günü baş tutacaq.
Saat 10:30-da beş idmançımız mübarizəyə başlayacaq. Əli Cavadlı (45 kq), Asif Hüseynli (51 kq), Elşən Çərkəzov (60 kq), Nihat Həsənov (71 kq) və Zaur Səfərov (92 kq) təsnifat mərhələsində qüvvələrini sınayacaqlar.
Saat 18:00-da isə üç güləşçimiz medal uğrunda xalçaya çıxacaq. Ömər Salmanov (48 kq) və Orxan Həbibli (65 kq) bürünc medal görüşünə qatılacaqlar. İsfahan Həsənov (80 kq) isə finalda qızıl medal uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, U-17 dünya çempionatı avqustun 2-dək Bakıda davam edəcək.
- Millimiz dünya çempionatına Bakıda hazırlaşır
- Bakı Güləş Məktəbinə 47 şagird qəbul olunub
- Qadın güləşi üzrə Azərbaycan millisinin məşqçisi Həsrət Məmmədyarov vəfat edib
- Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib
- Çimərlik güləşi: Millimizin heyəti bəlli oldu