Fevralın 11-dən 14-dək sərbəst və yunan-Roma güləşi üzrə U-20 Azərbaycan çempionatı keçiriləcək.
Apasport.az xəbər verir ki, bu yarış ilk dəfə Abşeron Olimpiya İdman Kompleksində təşkil ediləcək.
Azərbaycan Güləş Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edəcəyi çempionatı beynəlxalq və milli dərəcəli hakimlər idarə edəcək. Yarışın ilk 2 günündə sərbəst, növbəti 2 gündə isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək. Gənclərdən (U-20) ibarət milli komandalara seçim xarakteri daşıyan çempionatın görüşləri hər gün saat 10:00-da başlanacaq. Medallar uğrunda qarşılaşmalara isə 16:30-da start veriləcək.
Çempionatın proqramı
11 fevral
Sərbəst güləş: 57 kq, 65 kq, 74 kq, 86 kq, 97 kq.
12 fevral
Sərbəst güləş: 61 kq, 70 kq, 79 kq, 92 kq, 125 kq.
13 fevral
Yunan-Roma güləşi: 55 kq, 63 kq, 72 kq, 82 kq, 97 kq.
14 fevral
Yunan-Roma güləşi: 60 kq, 67 kq, 77 kq, 87 kq, 130 kq.
- Güləşçimiz İslamiadanı ikinci pillədə başa vurub
- İslam Oyunları: İki güləşçimiz finalda - FOTO
- İslam Oyunları: Rəqibi meydana çıxmadı, güləşçimiz bürünc medala sahib oldu
- Azərbaycan güləşçiləri İslam Oyunlarında iki gümüş medal qazanıb
- İslam Oyunları: Ruzanna Məmmədova qızıl üçün xalça üzərinə çıxacaq