Azərbaycanın yunan-Roma güləşçisi İsfahan Həsənov Bakıda keçirilən U-17 dünya çempionatında finalına yüksəlib.
Apasport.az xəbər verir ki, 80 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda Türkiyə təmsilçisi Abdulxaliq Balı ilə qarşılaşıb.
Həsənov rəqibini 5:2 hesabı ilə məğlub edərək adını yarımfinala yazdırıb.
Təmsilçimiz bu mərhələdə Litva təmsilçisi Benediktas Bubeleviçusa qalib gələrək (4:2) həledici mərhələyə adlayıb.
O, sabah qızıl medal uğrunda görüşdə qüvvəsini sınayacaq.
Qeyd edək ki, İsfahan Həsənov təsnifat mərhələsində xorvatiyalı Toma Yelençi 6:0, 1/8 finalda isə polşalı Şimon Trederi sonuncu xal prinsipinə əsasən 1:1 hesabı ilə üstələmişdi. U-17 dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Yarışda 60-dan çox ölkədən 700-ə yaxın güləşçi iştirak edir. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.
- Bakı Güləş Məktəbinə 47 şagird qəbul olunub
- Qadın güləşi üzrə Azərbaycan millisinin məşqçisi Həsrət Məmmədyarov vəfat edib
- Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib
- Çimərlik güləşi: Millimizin heyəti bəlli oldu
- Dünya çempionatının sonuncu günündə 2 medal