Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarından danışdı
22.07.2024 - 22:15
Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarından danışdı

"Mənim üçün Olimpiadaya gedən yol çox çətin və uzun oldu".

Apasport.az xəbər verir ki, bunu qadın güləşi üzrə Azərbaycan yığmasının lideri Mariya Stadnik Dünya Güləş Birliyinə (UWW) müsahibəsində deyib.

Paris-2024 Yay Olimpiya Oyunları təcrübəli idmançının 5-ci olimpiadası olacaq. O, Fransa paytaxtında tarix yaza biləcəyinə ümid etdiyini bildirib: "Mən İstanbulda keçirilən Avropa Təsnifat Turnirində lisenziya qazandım. Buna baxmayaraq, Olimpiya Oyunlarında iştirak edəcəyimə inanırdım. Ümid edirəm ki, Parisdə yeni tarix yazmağa davam edəcəyəm".

Qeyd edək ki, Mariya London-2012 və Rio-2016 Olimpiadalarında gümüş, Pekin-2008 və Tokio-2020 Oyunlarında isə bürünc medal qazanıb.

0