Paris 2024: Hacı Əliyev 1/4 finalda məğlub oldu
10.08.2024 - 15:13
Paris 2024: Hacı Əliyev 1/4 finalda məğlub oldu

Paris-2024-də sərbəst güləş üzrə yarışlar davam edir.

Apasport.az xəbər verir ki, Hacı Əliyev 1/4 final mərhələsində Macarıstan təmsilçisi İsmayıl Musukayevlə qarşılaşıb. 

Üçqat dünya və dördqat Avropa çempionu olan Əliyev rəqibinə məğlub olub - 10:3.

***

14:17

Paris-2024-də sərbəst güləş üzrə yarışlar davam edir.

Apasport.az xəbər verir ki, Rio Olimpiya Oyunlarının bürünc, Tokio-2020-nin gümüş mükafatçısı Hacı Əliyev dəsti tamamlamaq üçün xalçaya çıxıb.

65 kq çəki dərəcəsində yarışan, üçqat dünya və dördqat Avropa çempionu olan Əliyev meksikalı Ostin Qomeslə üz-üzə gəlib.

Rəqibini 7:0 hesabı ilə məğlub edən təmsilçimiz 1/4 finala vəsiqə qazanıb. 

0