Güləş məşqçilərinin Ümumrespublika seminarı davam edir.
Apasport.az xəbər verir ki, seminarın növbəti mərhələsi Şirvan şəhərində keçirilib.
Burada Şirvanla yanaşı Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonlarının güləş üzrə məşqçi-müəllimlərinin iştirak etdiyi tədbirin nəzəri hissəsi Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin akt zalında keçirilib. İdarənin idman şöbəsinin müdiri Rövşən Mehrəliyev qonaqları salamlayıb, Azərbaycan Güləş Federasiyasına (AGF) bu seminarın təşkilinə görə təşəkkürünü bildirib və bu seminarın bölgə məşqçilərinin inkişafına böyük töhfə verəcəyini deyib. AGF-nin regionlar üzrə əlaqələndiricisi Elfaq Səfərov və Hakimlər Kollegiyasının sədri Qərib Əliyev federasiya tərəfindən görülmüş işlərdən və qarşıdakı planlardan danışıb. Yeniyetmə və gənc qızlardan ibarət millinin böyük məşqçisi Rövşən Umudov və yunan-Roma güləşi üzrə U-20 milli komandanın məşqçisi Zöhrab Abbasov yerli məşqçilərlə təcrübələrini bölüşərək, tövsiyələrini çatdırıblar. I-S kateqoriyalı hakim Sədi Quliyev müxtəlif yarışlarda keçirilmiş görüşlərdə mübahisə doğuran epizodları şərh edib. Öz növbəsində yerli mütəxəssislər bölgənin mövcud problemlərini və təkliflərini diqqətə çatdırıblar.
Seminarın praktiki hissəsi Şirvan Olimpiya İdman Kompleksində keçirilib. Burada S.Quliyev xalçada bir neçə məqamı hakim gözüylə izah edib. R.Umudov sərbəst, Z.Abbasov isə yunan-Roma güləşçilərinə nümunəvi məşq keçib.
Qeyd edək ki, növbəti belə seminar noyabrın 14-də Qubada keçiriləcək.
- Prezident İlham Əliyev: Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq
- Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib
- AÇ: İki güləşçimiz qızıl medal qazandı - YENİLƏNİB
- İslam Bazarqanov: “Bu, mənim üçün çox prinsipial görüş idi”
- Xetaq Qazyumov ilin məşqçisi seçilib