Macarıstanın paytaxtı Tatada beynəlxalq təlim-məşq toplanışına start verilib.
Apasport.az xəbər verir ki, qadın güləşi üzrə 15 milli komandanın cəlb olunduğu hazırlıq prosesində yığmamızın üzvləri də iştirak edir.
Olimpiya Təlim-Məşq Bazasında təşkil edilən toplanışda baş məşqçi əvəzi Toğrul Əsgərovun rəhbərliyi altında Elnurə Məmmədova (53 kq), Günay Qurbanova (59 kq) və Ruzanna Məmmədova (62 kq) iştirak edir. Qarşıdan gələn yarışlara hazırlıq xarakteri daşıyan toplanış iyulun 29-dək davam edəcək.
Qeyd edək ki, növbəti hazırlıq prosesinin də ölkə xaricində təşkili nəzərdə tutulub. Belə ki, U20 milli komandanın üzvlərinin – Günay Qurbanova (59 kq) Ruzanna Məmmədova (62 kq) və Zəhra Kərimzadənin (72 kq) baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Rövşən Umudovun rəhbərliyi altında 5-17 avqust tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada toplanış keçməsi planlaşdırılır. Komandamız hazırlıq prosesini başa vurduqdan sonra eyni şəhərdə keçiriləcək U20 dünya çempionatına qatılacaq.
- Güləş üzrə Azərbaycan çempionatına yekun vurulub
- Sərbəst güləş üzrə ölkə çempionatında daha 5 çəkidə finalçılar müəyyənləşib
- Ölkə çempionatı: Sərbəst güləşdə 5 çəkidə qaliblər müəyyənləşdi
- Ölkə çempionatında yunan-Roma güləşi üzrə yarışlar başa çatıb
- Sərbəst güləş üzrə ölkə çempionatının ilk finalçıları müəyyənləşib