Sabah həndbol üzrə növbəti Azərbaycan çempionatına start veriləcək.
Apasport.az xəbər verir ki, XXXI mövsümdə 16 komanda yüksək yerlər uğrunda mübarizə aparacaq.
Kişilərin yarışında “Azəryol”, “Bakı”, “Dinamo”, “Gənclər Birliyi”, “İdman Akademiyası”, “Kür”, “Qarabağ”, “Təhsil” və U-17 Buta, qadınların turnirində isə “Azəryol”, “Bakı”, “Gənclər Birliyi”, “İdman Akademiyası”, “Kür”, “Qarabağ” və “Təhsil” komandaları yarışacaqlar.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının birgə təşkil etdiyi çempionatın oyunları “AHF Arena” və “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək.
- “Azəryol” belaruslu baş məşqçi ilə yeni müqavilə bağlayıb
- İsgəndər Əsgərov Bolqarıstan - Türkiyə matçına təyinat alıb
- Həndbol üzrə Azərbaycan çempionatlarında III turun oyunları keçirilib
- Azərbaycanın Əməkdar məşqçisi vəfat edib
- Həndbol üzrə Azərbaycan çempionatlarında 2025/2026 mövsümünə start verilib