Həndbol üzrə Azərbaycan kuboku yarışlarının 2025-2026-cı il mövsümünün püşkü atılıb.
Apasport.az xəbər verir ki, ümumilikdə 6 qadın (“Azəryol”, “Bakı”, “İdman Akademiyası”, “Kür”, “Qarabağ”, “Təhsil”) və eyni sayda kişi (“Azəryol”, “Bakı”, “Dinamo”, “Kür”, “Qarabağ”, “Təhsil”) komandalarının qatılacağı yarışa 1/4 final mərhələsindən start veriləcək.
Bu mərhələdə kişilərin yarışında “Qarabağ” “Azəryol”la, “Təhsil” “Dinamo” ilə üz-üzə gələcək. Qadınların mübarizəsində isə “Təhsil” - “Qarabağ” və “İdman Akademiyası” - “Bakı” matçları keçiriləcək.
Qeyd edək ki, ötən mövsümün finalçıları turnirin 1/2 final mərhələsinə vəsiqə qazanıblar.
- “Azəryol” belaruslu baş məşqçi ilə yeni müqavilə bağlayıb
- İsgəndər Əsgərov Bolqarıstan - Türkiyə matçına təyinat alıb
- Həndbol üzrə Azərbaycan çempionatlarında III turun oyunları keçirilib
- Azərbaycanın Əməkdar məşqçisi vəfat edib
- Həndbol üzrə Azərbaycan çempionatlarında 2025/2026 mövsümünə start verilib