Həndbol üzrə Azərbaycan çempionatında iki oyun keçirilib
                    
                    14.04.2025 - 01:56
                        
                     
                    Kişi həndbolçuların Azərbaycan çempionatında V-VI yerlər uğrunda növbəti oyunlar olub.
Apasport.az xəbər verir ki, günün ilk matçında "Dinamo" və "Təhsil" komandaları üz-üzə gəliblər.
İlk hissəsi 13:13 hesabı ilə bitən görüşün əsas vaxtı da bərabərliklə yekunlaşıb - 31:31.
"AHF Arena"da keçirilən digər oyunda isə "İdman Akademiyası" "Gənclər Birliyi"nə 30:27 hesabı ilə qalib gəlib.
                                
                                0
                                
                                0
                            
                            
                            
                         
             
                     
                     
                                                                                                 
                                             
                                             
                                            