“Kür”ün oyunlarına monteneqrolu hakimlər
29.09.2024 - 13:21
“Kür”ün oyunlarına monteneqrolu hakimlər

Qadın həndbolçulardan ibarət “Kür” komandasının avrokubok oyunlarının hakim təyinatları bəlli olub.

Apasport.az xəbər verir ki, təmsilçimizin Avropa kubokunun 2-ci mərhələsinin “İonias”la oyunlarını eyni referilər idarə edəcək.

Monteneqrolu hakimlər Militsa Paviçeviç və Sladyana Martinoviç iş başında olacaq. EHF nümayəndəsi vəzifəsi isə serbiyalı Zoritsa Masiçə həvalə olunub.

Qeyd edək ki, oktyabrın 5-6-da keçiriləcək oyunlar Afinada baş tutacaq.

0