Azərbaycan Pekin Olimpiadasında daha bir medal qazanıb
21.08.2008 - 14:35
Bununla da, X. Qazyumov Pekin Olimpiadasında bütün 7 çəkidə çıxış edən Azərbaycan sərbəst güləşçiləri arasında yeganə medal sahibi olub. 96 kq çəkidə digər bürünc medalı Georgi Qoqşelidze (Gürcüstan) əldə edib. Olimpiya çempionu adını isə finalda Taymuraz Tigiyevi məğlub etmiş Şirvani Muradov (Rusiya) qazanıb. Beləliklə, ölkəmiz Olimpiadada qazandığı medalların sayını 6-ya çatdırıb. Hazırda Olimpiya yığmamızın hesabında 1 qızıl, 2 gümüş, 3 bürünc medal var.
Digər sərbəst güləşçilərimizdən Namiq Sevdimov (55 kq) və Zəlimxan Hüseynov (60 kq) 5-ci, Novruz Temrezov (84 kq) və Əli İsayev (120 kq) 7-ci, Emin Əzizov (66 kq) 12-ci, Çamsulvara Çamsulvarayev (74 kq) isə 15-ci yeri tutublar.

- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0