Xetaq Qazyumov: “Pekin Olimpiadasında bəxt bizdən üz döndərdi”
26.08.2008 - 10:34
Bakı. Elşən Məmmədov - APA-Sport. “Pekin Olimpiadasında qızıl medala ümid edirdim. Bunun üçün əlimdən gələni əsirgəmədim. Amma görünür, uğur mənim tərəfimdə deyilmiş”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri XXIX Pekin Yay Olimpiya Oyunlarında bürünc medal qazanan Azərbaycanın sərbəst güləşçisi Xetaq Qazyumov deyib. Çin paytaxtından ölkəmizə dönən osetiyalı pəhləvan Heydər Əliyev Beynəlxalq Hava Limanında verdiyi müsahibədə bildirib ki, olimpiadaya ilk dəfə qatıldığı üçün bürünc medalı normal nəticə saymaq olar. 25 yaşlı idmançı komanda yoldaşlarının da çıxışına münasibət bildirib: “Fikrimcə, yığmamız 100 faiz hazır idi. Sadəcə, bəxt bizdən bir az üz döndərdi”. Gələcəkdə də milli komandamızın şərəfini qorumaq istədiyini söyləyən X. Qazyumov bundan ötrü stimulunun olduğunu vurğulayıb.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0