“Barselona” və “Yuventus” komandaları Çempionlar Liqasının qrup mərhələsinə adlayıblar
27.08.2008 - 10:03
Bakı - APA-Sport. UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab qarşılaşmaları keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, baş tutan 3 oyunun nəticəsində qitənin məşhur klubları “Barselona”, “Yuventus” və “Panatinaikos” qrup mərhələsinə adlayıblar. İlk iki komanda birinci matçda qazanılan böyük hesablı qələbə sayəsində qarşıya qoyulan vəzifənin öhdəsindən gəlib. “Panatinaikos” futbolçularının köməyinə isə iki həftə öncə səfərdə vurulan qol çatıb. Bu gün üçüncü təsnifat mərhələsində daha 13 matç oynanılacaq. Məhz bundan sonra qrup mərhələsində mübarizə aparacaq bütün komandaların adları müəyyənləşəcək.
“Visla” (Polşa) - “Barselona” (İspaniya) - 1:0 (ilk oyun - 0:4)
Kleber, 52.
“Artmedia” (Slovakiya) - “Yuventus” (İtaliya) - 1:1 (0:4)
Fodrek, 13 – Amauri, 25.
“Panatinaikos” (Yunanıstan) - “Sparta” (Çexiya) - 1:0 (1:2)
Souza, 90.
“Visla” (Polşa) - “Barselona” (İspaniya) - 1:0 (ilk oyun - 0:4)
Kleber, 52.
“Artmedia” (Slovakiya) - “Yuventus” (İtaliya) - 1:1 (0:4)
Fodrek, 13 – Amauri, 25.
“Panatinaikos” (Yunanıstan) - “Sparta” (Çexiya) - 1:0 (1:2)
Souza, 90.
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0