Bakıya gələcək hakim-inspektor və UEFA nümayəndəsinin adları açıqlanıb
27.08.2008 - 11:47
Bakı. Aqşin Əliyev - APA-Sport. Futzal üzrə UEFA kubokunun əsas mərhələsinin Bakıda keçiriləcək 6-cı qrupunun oyunlarına təyinat alan hakim-inspektor və UEFA nümayəndəsinin adları açıqlanıb. “APA-Sport” agentliyinin AFFA-nın rəsmi İnternet saytına istinadən məlumatına görə, Naxçıvanın “Araz” klubunun da mübarizə aparacağı turnirdə hakimlərin idarəçiliyini belçikalı Patrik Villemark qiymətləndirəcək. UEFA nümayəndəsi qismində isə paytaxtımıza makedoniyalı Aleksandru Burlak təşrif buyuracaq. Bu qrupun matçlarını idarə edəcək hakimlərin adları yaxın günlərdə məlum olacaq.
Qeyd edək ki, “Araz” qrup mərhələsində İsveçin “Şkövde” (11 sentyabr), Bolqarıstanın “Nadin” (12 sentyabr) və Slovakiyanın “Slov-Matik Fofo” (14 sentyabr) komandalarını sınağa çəkəcək.
Qeyd edək ki, “Araz” qrup mərhələsində İsveçin “Şkövde” (11 sentyabr), Bolqarıstanın “Nadin” (12 sentyabr) və Slovakiyanın “Slov-Matik Fofo” (14 sentyabr) komandalarını sınağa çəkəcək.
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0