Dünya çempionatına üç ağırlıqqaldıranımız gedir
28.10.2008 - 18:45
Bakı. Aqşin Əliyev - APA-Sport. Noyabrın 25-də Yunanıstanın Komotini şəhərində tələbə ağırlıqqaldıranlar arasında ilk dünya çempionatı start götürəcək. “APA-Sport”un məlumatına görə, Azərbaycan qarşıdakı birincilikdə yalnız kişilərin yarışında təmsil olunacaq. Çempionatda ölkəmizin şərəfini 3 atlet qoruyacaq.
Bunlar Sərdar Həsənov (62 kq), Rövşən Fətullayev (94 kq) və Rolan Piriyevdir (+105 kq). İdmançılarımızı podiuma baş məşqçi Vahid Nəzərov çıxaracaq. Dünya çempionatına noyabrın 28-də yekun vurulacaq.
Bunlar Sərdar Həsənov (62 kq), Rövşən Fətullayev (94 kq) və Rolan Piriyevdir (+105 kq). İdmançılarımızı podiuma baş məşqçi Vahid Nəzərov çıxaracaq. Dünya çempionatına noyabrın 28-də yekun vurulacaq.
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0