Həmyerlilərimiz İtaliya çempionatında
11.11.2008 - 11:10
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycan gimnastları Anna Qurbanova ilə Aliyə Qarayeva Dezio şəhərində İtaliyanın klub çempionatının ikinci mərhələsində iştirak ediblər. “APA-Sport”un Gimnastika Federasiyasının mətbuat katibliyinə istinadən verdiyi məlumata görə, həmyerlilərimizin komandaları hələlik ilk “üçlüy”ə düşə bilməyiblər.
Qurbanovanın çıxış etdiyi Komo şəhərinin “Komense-1872” klubu bu mərhələni 4-cü pillədə başa vurub. İki dəfə xalça üzərinə çıxan gimnastımız halqa və gürzlə proqramı yerinə yetirib. Anna halqa ilə hərəkətlərdə yalnız öz komandasında deyil, bu növ üzrə bütün rəqibləri arasında ən yüksək nəticə göstərib.
Paduya şəhərinin “Ardor” klubunun şərəfini qoruyan Qarayeva isə yalnız gürzlə proqramı ifa edib. O, komandasında ən yüksək, ümumilikdə isə ukraynalı Anna Bessonovadan sonra ikinci nəticəyə imza atıb. Qarayevanın təmsil etdiyi klub hələlik 9-cu yerdədir.
Çempionatın finalı ərəfəsində təşkil olunacaq üçüncü mərhələ noyabrın 22-də Ad-Aretso şəhərində start götürəcək.

- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0