Milli komandamız şahmat olimpiadasında
12.11.2008 - 11:30
Bakı. Kənan Həsənov - APA-Sport. Bu gün Almaniyanın Drezden şəhərində şahmat olimpiadasının təntənəli açılış mərasimi təşkil olunacaq. “APA-Sport”un məlumatına görə, sabahdan etibarən isə 149 kişi və 112 qadın yığması bu nüfuzlu yarışın mükafatları uğrunda mübarizəyə qoşulacaq.
38-ci dəfə keçiriləcək yarışda Azərbaycan şahmatçıları da güclərini sınayacaqlar. Özü də Fikrət Sideifzadənin rəhbərlik etdiyi kişilərdən ibarət milli komandamız favoritlərdən sayılır. Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Vüqar Həşimov, Qədir Hüseynov və Rauf Məmmədovun formalaşdırdığı yığmamız reytinqdə yalnız Rusiya, Ukrayna və Çindən geri qalır.
Anar Allahverdiyevin çalışdırdığı qadın yığmamızın mükafatçılar sırasında yer almaq şansları isə yüksək qiymətləndirilmir. Buna İlahə Qədimova və Firuzə Vəlixanlı kimi təcrübəli ustaların şəxsi məsələlər ucbatından heyətdə yer almaması səbəb olub. Bununla belə, reytinqdə 28-ci olan komandamızın gənc üzvləri - Zeynəb və Türkan Məmmədyarova bacıları, Nərgiz Umudova, Xəyalə İsgəndərova və Nərmin Kazımova sürpriz etməyə qadirdirlər. Qadınların turnirində bir nömrəli favorit isə Rusiya yığması sayılır.
11 turdan ibarət olan olimpiadanın mükafatçıları noyabrın 25-də müəyyənləşəcək.

- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0