Fazil Məmmədov: “Pekin Olimpiadasının uğurları ilə kifayətlənməməliyik”
18.11.2008 - 13:00
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bu gün Vergilər Nazirliyində Azərbaycan Güləş Federasiyasının V konfransı başlayıb. “APA-Sport”un məlumatına görə, konfrans federasiya prezidenti Fazil Məmmədovun giriş sözü ilə açıq elan olunub. Məmmədov bitməkdə olan ili uğurlu saysa da daha çox işləməli olduqlarını bildirib: “2008-ci ilin ən böyük yarışı Pekin Olimpiadası idi. Orada çıxışımız da uğurlu alındı. Lakin bununla kifayətlənməməliyik. Azərbaycan güləşinin ənənələrini qaytarmalıyıq. Bunun üçün hər cür şərait də var. Yalnız işləmək tələb olunur”.
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0