Ramal Amanov yenidən yığmada!
20.11.2008 - 12:46
Azərbaycan boks yığmasının noyabrın 23-də start götürəcək hərbçilər arasında XXXXXII dünya çempionatına qatılacaq heyəti müəyyənləşib. Bu haqda apasport.az saytına milli komandanın baş məşqçisi Nəriman Abdullayev məlumat verib.
Heydər Əliyev adına İdman-Konsert Kompleksində təşkil olunacaq birincilikdə 11 boksçumuz çıxış edəcək. Mükafatlar uğrunda Ceyhun Abıyev (48 kq), Rəhim Nəcəfov (51 kq), Samir Məmmədov (54 kq), Elşən İsmayılov (57 kq), Famil Süleymanov (60 kq), Ramal Amanov (64 kq), Emil Məhərrəmov (69 kq), Rahib Bəylərov (75 kq), Elnur Qədirov (81 kq), Elçin Əlizadə (91 kq) və Azər Məmmədov (+91 kq) mübarizə aparacaq.
Qeyd edək ki, dünya çempionatına 20-dən çox ölkənin qatılacağı gözlənilir. Yarışa noyabrın 30-da yekun vurulacaq.

- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0