Elnur Məmmədli yaponların pulundan imtina etdi
24.11.2008 - 16:12
Pekin Yay Olimpiya Oyunlarının qalibi Elnur Məmmədli dekabrın 13-14-də Yaponiyanın paytaxtı Tokioda keçiriləcək cüdonun banisi Ciqaro Kanonun xatirə turnirində güləşməkdən imtina edib. Apasport.az saytının məlumatına görə, 20 yaşlı idmançımız hazırda ideal fiziki formada olmadığı üçün qarşıdakı yarışda tatami üzərinə çıxmaq istəməyib.
Təşkilatçılar olimpiya çempionumuzun turnirdə güləşməsi üçün cüdoçuya hətta pul da təklif ediblər. Yaponiyalılar Elnurun nəqliyyat, mehmanxana və qida xərclərini öz üzərlərinə götürməyə hazır olduqlarını bildiriblər. Üstəlik, ona müəyyən məbləğdə qonorar veriləcəyi də deyilib. Lakin həmyerlimiz bu təklifləri qəbul etməyib.
Bununla belə, Məmmədli Ciqaro Kano turnirində azarkeş qismində iştirak edəcək. Yarışda isə iki cüdoçumuz – Sərxan Əhmədov (66 kq) və Ramin Qurbanov (81 kq) ölkəmizin şərəfini qoruyacaqlar. Yığmamız səfərə dekabrın 8-də yollanacaq. Tokioda təlim-məşq toplanışı da keçəcək idmançılarımız Vətənə dekabrın 18-də dönəcəklər.

- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0