Azərbaycanlı atlet dünya çempionatında gümüş medal qazandı
26.11.2008 - 16:42
Yunanıstanın Komotini şəhərində tələbə ağırlıqqaldıranlar arasında ilk dünya çempionatı start götürüb. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı 3 idmançı - Sərdar Həsənov (62 kq), Rövşən Fətullayev (94 kq) və Rolan Piriyev (+105 kq) təmsil edir.
Vahid Nəzərovun rəhbərlik etdiyi kollektivdən öncə Sərdar Həsənov mübarizəyə qoşulub. 23 yaşlı atlet birdən və təkanla qaldırdığı çəkilərin ümumi nəticəsinə əsasən, çempionatda ikinci yeri tutub. 277 kq-ın öhdəsindən gələn Sərdar gümüş medala layiq görülüb.
Sabah Rövşən Fətullayev öz bacarığını nümayiş etdirəcək. Rolan Piriyev isə turnirin sonuncu günü, noyabrın 28-də qüvvəsini sınayacaq.

- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0