Rusiyada döşək üzərinə 8 güləşçimiz çıxacaq
08.01.2009 - 15:03
Yanvarın 17-də Rusiyanın Ryazan şəhərində start götürəcək yunan-Roma güləşi üzrə İvan Paddubni turnirində iştirak edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, yarışda 8 pəhləvanımız çıxış edəcək.
Turnirə baş məşqçi Bəhram Mürvətovun rəhbərliyi altında Elçin Əliyev (55 kq), Hacıxan Mustafayev (60 kq), Rafiq Hüseynov (74 kq), Murtuza Tağıyev, Araz Həsənov (hər ikisi 84 kq), Denis Mişin (96 kq), Anton Botev və Cəlal Bahadurov (hər ikisi 120 kq) aparılacaqlar. Bundan başqa, Hicran Şərifov iki gün davam edəcək yarışda hakim funksiyasını yerinə yetirəcək.

- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0