Ruslan Lunyov yenə mükafatsız qaldı
31.01.2009 - 11:55
Almaniyanın Münhen şəhərində keçirilən güllə atıcılığı üzrə beynəlxalq turnir başa çatmaq üzrədir. Apasport.az saytının məlumatına görə, yarışda ölkəmizin şərəfini Afina Olimpiadasının bürünc medalçısı İradə Aşumova və onun oğlu Ruslan Lunyov qoruyur. Turnirin ilk günündə 10 metrlik məsafədən pnevmatik tapança ilə atəş açan Aşumova 14-cü, Lunyov isə 27-ci yeri tutmuşdu.
Növbəti gündə isə Ruslan nəticəsini yaxşılaşdırıb. O, kiçikçaplı tapançadan atəş açaraq, 570 xal (92+95+93+97+96+97) toplayıb. Amma bununla belə, 20 yaşlı idmançı yenə mükafatçılar arasına düşə bilməyib. Onun 2 xal çatmadığından final mərhələsinə yüksəlməyi bacarmayıb və mübarizəni erkən dayandırıb. Yekunda Lunyov 45 güllə atıcısı arasında 12-ci pillədə qərarlaşıb.
Bu gün, yarışın axırıncı günündə İradə Aşumova qüvvəsini sınayır. Olimpiya mükafatçısı kiçikçaplı tapançadan atəş açır.

- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0