Bakı - İstanbul - Paris: bu dəfə “dəbilqə” ardınca
04.02.2009 - 21:17
Azərbaycan cüdoçuları növbəti yarışa hazırlığı başa vurublar. Apasport.az saytının məlumatına görə, Ağayar Axundzadənin rəhbərlik etdiyi kollektiv fevralın 7-də Fransanın paytaxtı Parisdə start götürəcək “Böyük Dəbilqə” turnirində iştirak edəcək.
Yarışa Pekin Olimpiadasının qızıl medalçısı Elnur Məmmədli (73 kq) və bürünc mükafatçı Mövlud Mirəliyev (100 kq), həmçinin Elxan Rəcəbli (81 kq) və Elxan Məmmədov (90 kq) yollanacaq. Həmyerlilərimiz sabah axşam Bakı - İstanbul - Paris reysi ilə səfərə çıxacaqlar.
İki gün davam edəcək turnirdə yalnız Elxan Rəcəbli və Elxan Məmmədov güləşəcək. Elnur Məmmədli və Mövlud Mirəliyevə gəlincə, baş məşqçi onlara istirahət verib. Olimpiya mükafatçıları Parisdə yarışdan sonra təşkil olunacaq 5 günlük təlim-məşq toplanışına qatılacaqlar.

- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0