Əli İsmayılov WBO kəməri uğrunda döyüşə çıxır
19.02.2009 - 10:55
Peşəkar boksçu Əli İsmayılov Azərbaycan tarixində ilk dəfə WBO (Ümumdünya Boks Təşkilatı) kəməri uğrunda döyüş keçirəcək. Apasport.az saytının xəbərinə görə, bu barədə lent.az-a İsmayılovun özü məlumat verib. Boksçu bildirib ki, döyüş aprelin 21-də Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil ediləcək. İdmançımızın rəqibi isə kəmərin hazırkı sahibi Viktor Ramires olacaq. Qələbə çalacağı təqdirdə, həmyerlimiz bu nüfuzlu kəmərə sahib çıxacaq.
Qeyd edək ki, Əli İsmayılov hazırda WBO-latino kəmərinin sahibidir.
Qeyd edək ki, Əli İsmayılov hazırda WBO-latino kəmərinin sahibidir.
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
0
0