Milli komandalarımız Polşaya yollanır
07.08.2009 - 09:09
Kişilərdən ibarət sərbəst güləş və qadın güləşi üzrə Azərbaycan milli komandaları Polşanın paytaxtı Varşavada keçiriləcək beynəlxalq turnirlərə qatılacaqlar. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumatına görə, sayca 18-ci “Ziolkovski” yarışında 5 kişi pəhləvanımız qüvvəsini sınayacaq. Döşək üzərinə Xaybulla Şaalov (60 kq), Əşrəf Əliyev (74 kq), Şərif Şərifov, Novruz Temrezov (hər ikisi 84 kq) və Maksim Proxorov (120 kq) çıxacaq.
Qadın güləşçilərimiz mübarizə aparacağı turnir isə “Varşava Kuboku” adlanır. 13-cü dəfə təşkil olunacaq yarışda Mariya Stadnik (48 kq), Yuliya Radkeviç (55 kq), Elvira Mürsəlova (59 kq), Olesya Zamula (63 kq) və Dina İvanova (72 kq) bacarığını nümayiş etdirəcək.

- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
0
0