Boksçumuz erməni rəqibini döyüb, 1/4 finala çıxdı
17.08.2009 - 16:06
Polşanın Şetsin şəhərində keçirilən gənc boksçuların Avropa çempionatının startı Azərbaycan yığması üçün uğurlu alınıb. Apasport.az saytının məlumatına görə, yarışa 9 idmançı ilə qatılan milli komandamız birinci mərhələni itkisiz adlayıb.
54 kq çəki dərəcəsində yarışan Elvin İsayev öncə Ermənistan təmsilçisi Aleksandr Şaxyanı döyüb - 7:3. Daha sonra Yozef Ham (Şotlandiya) üzərində 1:0 hesablı qələbə qazanan həmvətənimiz 1/4 finala yüksəlib.
Ən aşağı çəkidə (48 kq) mübarizə aparan Elvin Məmişzadə də ilk döyüşdə qalib gəlib. O, türkiyəli Erdemir Ertugrunu üstələyib. Tamerlan Abdullayev (64 kq) isə birinci mərhələdə Bolqarıstan idmançısını mübarizədən kənarlaşdırıb. Onun növbəti rəqibi ermənistanlı Vladimir Marqaryandır.
Yığma üzvlərindən Elnur Zeynalov (51 kq), Elvin Əliyev (57 kq), Heybətulla Hacıəliyev (60 kq), Emin Əhmədov (69 kq), Murad Ağamalıyev (75 kq) və Fərid Paşayev (+91 kq) hələlik rinqə çıxmayıb. Qitə çempionatı avqustun 22-dək davam edəcək.

- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
0
0