Dünya çempionatında yeganə azərbaycanlıdan uğurlu start - FOTO - YENİLƏNİB
18.08.2009 - 12:32
Almaniyanın paytaxtı Berlində keçirilən atletika üzrə XII dünya çempionatında Azərbaycanın yeganə təmsilçisi Ramil Quliyev bu gün bacarığını nümayiş etdirəcək. Apasport.az saytının məlumatına görə, 19 yaşlı həmvətənimiz 200 m məsafəyə qaçışda qüvvəsini sınayacaq. O, bir neçə dəqiqədən sonra, Bakı vaxtı ilə saat 13.23-də start xəttində görünəcək.
Təsnifat mərhələsində Ramilin rəqibləri Ronalds Arajs (Latviya), Sibusiso Matsenjva (Svazilend), Natraniel MakKinni (Baham adaları), Endryu Hinds (Barbados), Coel Redhed (Qrenada), Marek Niit (Estoniya) və Marlon Devonişdir (Böyük Britaniya).
-----------------------
Quliyev ilk təsnifat mərhələsində yaxşı təsir bağışlayıb. O, 200 m məsafəni 21.12 saniyəyə qət edib. Bu nəticə idmançımızın ikinci yerdə qərarlaşmasına və növbəti mərhələyə yüksəlməsinə imkan verib Təsnifat mərhələsində birinci pillədə Marlon Devoniş (20.92) qərarlaşıb. Beləliklə, Ramil bu gün axşam saatlarında 1/4 finalda qüvvəsini sınayacaq.

- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
0
0