Useyn Boltdan yeni hədəf: 9,4 saniyə
18.08.2009 - 14:17
Yamaykalı atlet Useyn Bolt özü üçün yeni hədəf müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, 23 yaşlı idmançı 100 metrlik məsafəni 9,40 saniyəyə qaçmaq niyyətindədir. Bununla da, olimpiya çempionu dünya rekordunu təzələmək fikrindədir.
“100 metrəni 9,5 saniyəyə qaçmaq çox çətindir. Özümlə fəxr edirəm, çünki bunu gerçəkləşdirən ilk insan mənəm. Açığı, bundan sonra nə qədər sürətli qaçacağımı deyə bilmərəm” – Useyn vurğulayıb.
Bolt iki gün öncə Almaniyada keçirilən dünya çempionatında yeni dünya rekordu müəyyənləşdirib. O, 100 metrəni 9,58 saniyəyə qaçaraq, qızıl medala sahib çıxıb.
Qeyd edək ki, yamaykalı sprinter ötən il Pekin Yay Olimpiya Oyunlarında 3 qızıl medala 3 dünya rekordu ilə layiq görülüb.

- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
0
0