“Azərbaycanlı boksçu ilə döyüşün 3-cü raundunda ağır tərpənirdim”
02.09.2009 - 13:04
“İlk mərhələdə heç bir problemlə üzləşmədim. Azərbaycanlı boksçu ilə döyüşün 3-cü raundunda rinqdə ağır tərpənirdim. Həmin vaxt əsas məqsədim zədə amilindən qorunmaq idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliya yığmasının boksçusu Vinçenzo Pikardi deyib.
Boksçumuz Nihat Seyidov (51 kq) İtaliyanın Milan şəhərində keçirilən dünya çempionatının təsnifat mərhələsində məhz Pikardiyə uduzaraq, mübarizəni dayandırıb. 18 yaşlı idmançımız üzərində qazanılan qələbədən sonra italiyalı sevincini gizlətməyib: “Çıxışımdan razıyam. Düzgün taktika seçdiyim üçün qalib gəldim”.
Qeyd edək ki, 26 yaşlı Vinçenzo Pekin Olimpiadasının, həmçinin dünya və Avropa çempionatının bürünc mükafatçısıdır. O, 2006-cı ildə keçirilmiş qitə çempionatında həmyerlimiz Samir Məmmədova məğlub olmuşdu.

- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
0
0