Milli komandamız Rusiyaya gedəcək
22.09.2009 - 17:41
Boks üzrə Avropa çempionatı 2010-cu ildə Rusiyada keçiriləcək. Apasport.az saytının xəbərinə görə, bu barədə qərar Avropa Boks Konfederasiyaları İttifaqı İcraiyyə Komitəsinin iclasında yekdilliklə qəbul edilib. İclasda Moskvanın namizədliyi alternativsiz əsasla təsdiq olunub. Belə ki, Rusiya paytaxtının rəqibləri öz müraciətlərini geri götürüb. Bir neçə gün əvvəl isə sonuncu namizəd – Yerevan rəqabətdən imtina edib. Çempionat gələn il mayın 21-30-da Moskvanın Xodınka rayonundakı “Meqasport” idman sarayında keçiriləcək.
AzərTac
AzərTac
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
0
0