Elnur Məmmədli Parisə gedir
28.01.2010 - 16:09
Cüdo üzrə olimpiya çempionu Elnur Məmmədli yaxın günlərdə Fransanın paytaxtı Parisə yollanacaq. Bu haqda Lent.az-a Azərbaycan Cüdo Federasiyasının mətbuat katibi Ceyhun Kələntərov məlumat verib.
Onun sözlərinə görə, Məmmədli fevralın 8-də start götürəcək yığma komandamızın təlim-məşq toplantısında iştirak edəcək. 5 gün davam edəcək hazırlıq prosesinə daha 7 cüdoçumuz – Ramilə Yusubova (63 kq), Sərxan Əhmədov, Tərlan Kərimov (hər ikisi 66 kq), Ramin Qurbanov, Elxan Rəcəbli (hər ikisi 81 kq), Elxan Məmmədov (90 kq), Elmar Qasımov (100 kq) qatılacaq. Həmin cüdoçular eyni zamanda, toplanış öncəsi Parisdə “Böyük dəbilqə” turnirində qüvvələrini sınayacaqlar.

- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
0
0