İkiqat paralimpiya çempionumuzun yeni uğuru
01.02.2010 - 16:01
Almaniyanın Haydelberq şəhərində keçirilən paralimpiyaçı cüdoçular arasında Almaniyanın açıq çempionatında Azərbaycan yığma komandası uğurla çıxış edib. Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 10 cüdoçumuzdan 9-u yarışı medalla başa vurub.
Onlardan İlkin Alışov (66 kq) və ikiqat paralimpiya çempionu İlham Zəkiyev (+100 kq) qızıl, Ramin İbrahimov (60 kq), Natiq Novruzzadə (73 kq) və Rövşən Səfərov (81 kq) gümüş, Ramin Əliyev (73 kq), Zakir Mislimov, Tofiq Məmmədov (hər ikisi 90 kq) və Xəyal Qəniyev (100 kq) isə bürünc medal qazanıblar. Digər cüdoçumuz Ceyhun Muradov isə ilk görüşdə ciddi zədə aldığından yarışı davam etdirə bilməyib.
Yığmamız yarışdan sonra Almaniyada qalaraq, fevralın 4-dək beynəlxalq təlim-məşq toplantısına qatılıb.

- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
0
0