Birinci gün medalsız qaldıq...
06.02.2010 - 19:48
Bu gün Fransanın paytaxtı Parisdə cüdo üzrə “Böyük Dəbilqə” turniri start götürüb. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə tatami üzərinə çıxan Azərbaycanın hər 3 idmançısı mükafatsız qalıb.
66 kq çəki dərəcəsində mübarizə aparan Sərxan Əhmədov və Tərlan Kərimov 1/8 finalda mübarizəni dayandırıblar. Qadınların arasında yeganə təmsilçimiz Ramilə Usubova isə (63 kq) elə ilk görüşdəcə yerli idmançı Klariss Aqbeqnenounun ippon fəndindən yaxa qurtara bilməyib.
Sabah qalan 4 cüdoçumuz Ramin Qurbanov, Elxan Rəcəbli (hər ikisi 81 kq), Elxan Məmmədov (90 kq) və Elmar Qasımov (100 kq) qüvvəsinı sınayacaq.

- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
0
0