Babası öldüyü üçün Elnur Məmmədlinin toyu təxirə salınıb
15.02.2010 - 16:51
2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibi Elnur Məmmədlinin toyu təxirə salınıb. Bu haqda Lent.az-a cüdo üzrə olimpiya çempionunun özü məlumat verib.
Onun sözlərinə görə, toy mərasimi öncədən planlaşdırıldığı kimi, martın 5-də baş tutmayacaq. Buna cüdoçumuzun babasının vəfatı səbəb olub. Babasının qırx mərasimi martın 7-də olacaq. Məhz bundan sonra Məmmədlinin toyu üçün yeni tarix müəyyənləşdiriləcək. Mərasimin 22 – 25 apreldə keçiriləcək Avropa çempionatı öncəsi və ya sonra təşkili nəzərdə tutulub. Amma toy məkanı və aparıcı dəyişməyəcək. Tədbir “Ma Donna” şadlıq evində baş tutacaq. Aparıcı isə Nəsib Nur olacaq.
Toya 600-dək qonaq dəvət edilib. Onların arasında gürcüstanlı olimpiya çempionu İrakli Tsirekidze, türkiyəli cüdoçu Sezer Huysuz da olacaq.

- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
0
0