Milli komandamızı dəstəkləyən azarkeşlər saxlanılıb
02.03.2010 - 14:26
Qumda yunan-Roma güləşi üzrə beynəlxalq yarışlara qatılan Azərbaycan və Türkiyə güləşçilərinə azarkeşlik edən milli fəallar Rəhim Hüseynzadə və Ruhulla Heydəri saxlanıb. Apasport.az saytının məlumatına görə, Kəşfiyyat İşləri üzrə Nazirliyin mülki geyimli əməkdaşları fevralın 26-da Qumun “Heydəriyan” idman sarayında keçirilən yarışlarda “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Yaşasın Azərbaycan” və “Zəncan, Təbriz, Həmədan, yaşasın Azərbaycan” şüarları səsləndirən, digər azərbaycanlı tamaşaçılarla birgə Azərbaycan və Türkiyə güləşçilərinə azarkeşlik edən Rəhim Hüseynzadə və Ruhulla Heydərini döyərək bilinməz istiqamətə aparıblar.
Mənbə: Media forum
Mənbə: Media forum
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
0
0