Bakıda keçiriləcək boks turnirində iştirakçı ölkələrin sayı dəqiqləşib
08.05.2010 - 14:20
Mayın 11-də boks üzrə Bakıda start götürəcək mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirakçı ölkələrin sayı dəqiqləşib. Bu barədə apasport.az saytına Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abıyev məlumat verib.
Abıyev bildirib ki, turnirdə Azərbaycanla bərabər, Türkiyə, Rusiya (3 komanda ilə), Özbəkistan, Qazaxıstan, İrlandiya, Fransa və Gürcüstanın yeniyetmələrdən ibarət komandası mübarizə aparacaq. 3 gün davam edəcək yarışda 120-yə yaxın boksçu qüvvəsini sınayacaq.
Qeyd edək ki, turnir “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçiriləcək.

- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0