“Bu futbol mədəniyyətimiz üçün əsl təhqirdir”
11.06.2010 - 23:04
Braziliya futbolunun canlı əfsanələrindən biri Sokrates ölkə yığmasını sərt tənqid edib. Apasport.az saytının xəbərinə görə, məşhur futbolçu bildirib ki, "pentakampeon"lar Cənubi Afrikadakı mundialda qələbəyə iddialı ola bilməzlər: “Əvvəla, komandanın fiziki hazırlıq səviyyəsi yarıtmazdı. Buna görə də komanda artıq qrup mərhələsində çox ciddi çətinliklərlə qarşılaşa bilər. Braziliya yığmasının indiki stili isə futbol mədəniyyətimiz üçün əsl təhqirdir. Axı sakit, yaradıcı şəkildə oynamalı, istedadlara yer verməliyik. Baş məşqçi Dunqanın çalışdırdığı komanda isə yalnız nəticəyə oynayır. Braziliya yığmasının oyunlarına baxmaq artıq mənə heç bir həzz vermir”.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0