Fillər ABŞ yığmasının yolunu bağladı
12.06.2010 - 09:46
ABŞ milli komandası dünya çempionatının final mərhələsinin keçirildiyi CAR-da problemə üzləşib. Apasport.az saytının məlumatına görə, yerli fillər amerikalıları təngə gətirib. Bu heyvanlar İngiltərə yığması ilə oyuna hazırlaşan Bob Bredlinin yetirmələri üçün az qala kabusa çevrilib.
Qarşılaşmadan bir gün əvvəlki məşqə yollanan ABŞ futbolçularının avtobusunun qabağını şlaqbaum kimi kəsən fil onların yubanmasına səbəb olub. Ağacdan yarpaq qırıb yeyən heyvana görə yolun ortasında dayanan avtobusdakılar qısa müddət ərzində afrikalının qidalanmasını seyr ediblər. Yalnız doyduqdan sonra fil qonaqlara yol verib. Bu nəhəngin amerikalılarla ikinci görüşü olub.
Belə ki, bu hadisədən bir neçə saat əvvəl 10 futbolçunu otelə aparan avtobusun da yolunu məhz fil kəsmişdi. Həmin heyvanın qonaqlara hörmət etmədiyini görən oyunçular qaldıqları yerə piyada getməyə məcbur olmuşdular.

- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0