Bir yanda avropalılar, bir yanda cənubi amerikalılar
26.06.2010 - 09:26
Dünya çempionatının final mərhələsinin sonuncu 1/8 final cütləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, G və H qrupunda qalib olan komandalar iyunun 28-29-da baş tutacaq qarşılaşmalarda üz-üzə gələcək. Bazar ertəsi cənubi amerikalıların duelinə şahid olacağıq ki, həmin gün bu zonada keçirilən seçmə mərhələnin iki ən güclüsü üz-üzə gələcək. CAR-a vəsiqəni I yerlə qazanan Braziliya yığması yalnız onlardan geri qalan Çili futbolçularını sınağa çəkəcək. Ertəsi gün baş tutacaq avropalıların dueli isə 1/8 finalın son matçı olacaq. Son qitə çempionları İspaniya yığması Pireney yarımadasındakı qonşuları Portuqaliya ilə münasibətlərini ayırd edəcək.
28 iyun
23:30. Braziliya – Çili
Yohannesburq. Ellis Park stadionu
29 iyun
23:30. İspaniya – Portuqaliya
Keyptaun. Qrin Point stadionu
28 iyun
23:30. Braziliya – Çili
Yohannesburq. Ellis Park stadionu
29 iyun
23:30. İspaniya – Portuqaliya
Keyptaun. Qrin Point stadionu
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0