“Barselona” və “Real” mundialda da rəqabət aparırlar
26.06.2010 - 10:14
Dünya çempionatının final mərhələsinin ən məhsuldar futbolçu adı uğrunda mübarizəyə daha bir hücumçu qoşulub. Apasport.az saytının məlumatına görə, İspaniya yığmasının Çili ilə oyununda hesabı açan David Vilya CAR-da özünün üçüncü qolunu vurmaqla, bombardirlər yarışının liderlərinə çatıb.
Bununla da “Barselona” klubuna transfer olunan ispaniyalı “Real”da çıxış edən argentinalı Qonzalo İqainin əsas rəqibinə çevrilib. Hərəyə 3 dəfə fərqlənən bu iki futbolçu ilə yanaşı, Slovakiya millisinin hücumçusu Robert Vittek də rəqib qapılarına eyni sayda top keçirib.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0