“Birinci qol mənim səhvimdən vuruldu”
27.06.2010 - 09:57
“Biz çox gözəl oyun nümayiş etdirdik. Lakin bir neçə səhvimiz mübarizəni dayandırmağımızla nəticələndi”. Apasport.az saytının məlumatına görə, bu sözləri dünya çempionatının 1/8 finalında Uruqvaya məğlub olan Cənubi Koreya millisinin müdafiəçisi Li Yun Pye deyib.
Asiyalı futbolçu bildirib ki, komandasının növbəti mərhələyə çıxmamasında özünün də səhvi rol oynayıb: “Birinci qol mənim səhvimdən vuruldu. Mən mövqeyi düzgün seçməmişdim. Lakin bundan sonra hesabı bərabərləşdirsək də, xeyri olmadı. Nəticədə isə evə vaxtından əvvəl yollanırıq. Yaşımız çox olduğu üçün qərarımızı qətiləşdirib, yığma karyeramızı başa vurmalıyıq. Bir sözlə, estafeti gənclərə verməliyik”.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0