“Sanki əllərim bağlanmışdı”
28.08.2010 - 23:19
“Mötəbər yarış idi. Lakin çıxışım uğurlu alınmadı”. Bu sözləri apasport.az saytına açıqlamasında Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında Azərbaycanı cüdo idman növündə təmsil edən Cəlil Cəlilov (66 kq) deyib.
O bildirib ki, yarışa yaxşı hazırlaşsa da, arzusunu həyata keçirə bilməyib: “Olimpiadaya ciddi hazırlaşmışdım. Bunu ilk döyüşümdə də hiss etdim. Amma ikinci görüşdə sanki əllərim bağlandı. Rəqibin kimanosundan yapışıb fənd atmaqda çətinlik çəkirdim. Sanki hər şey mənim əksimə işləyirdi. Neçə dəfə fənd işlətmək istəsəm də, alınmadı və məğlub oldum. Lakin çalışacağam bu uğursuzluğu gələcəkdə bir daha yaşamayam. Qarşıdakı yarışlara ciddi hazırlaşaraq məşqçilərimin ümidini doğrultmaq istəyirəm”.
Qeyd edək ki, Olimpiada Azərbaycan cüdo idman növündə yalnız Cəlilovla təmsil olunub.

- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0