Boksçularımız Volqoqradda 3 medal qazandılar
07.09.2010 - 15:39
Volqoqrad şəhərində keçirilən boks üzrə beynəlxalq turnirə yekun vurulub. Apasport.az az saytının məlumatına görə, yarışda Rusiyanın regionları ilə bərabər Azərbaycan, Ukrayna və Qazaxıstan idmançıları qüvvələrini sınayıblar.
Birincilikdə ölkəmizi Daxili İşlər Nazirliyi (DİN) İdman Cəmiyyətinin komandası təmsil edib. Turnirdə 10 nəfərlə qüvvəsini sınayan idmançılarımız vətənə 3 medalla qayıdıblar. Belə ki, bütün rəqiblərinə qalib gələn Əfsun Həsənov (49 kq) yarışın qalibi adını qazanıb. Yalnız finalda uduzan Ruslan Rzaquliyev (91 kq) gümüş medalla kifayətlənib. Komandamızın digər üzvü Azər Məmmədov (91 kq) isə fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0