Milli komandanın baş məşqçisi istefa verdi
08.09.2010 - 09:54
Bolqarıstan milli komandasının baş məşqçisi Stanimir Stoylov istefa verib. Apasport.az saytının məlumatına görə, mütəxəssis Avro-2012-nin seçmə mərhələsində Çernoqoriya yığmasına evdə məğlubiyyətdən (0:1) sonra postunu tərk edib. Cari seçmə mərhələyə uğursuz başlayan bolqarlar startda səfərdə İngiltərə yığmasına darmadağın olunmuşdu – 0:4. Stoylov qərarının qəbul etdiyi ardıcıl iki məğlubiyyəti əsas gətirir: “Mən çox istərdim ki, yığmam Avropa çempionatına düşsün. Ancaq biri evdə olan iki məğlubiyyətdən sonra buna nail olmaq çətindir. Mən artıq qərarımı futbolçulara və federasiyaya demişəm”.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0